Alvaro Morata zədələnib
3 Fevral 2020 23:00 (UTC+04:00)
"Atletiko"nun futbolçusu Alvaro Morata zədələnib. İspaniya mətbuatının yazdığına o, La Liqanın 22-ci turunda "Real"la matçda (0:1) ayaq əzələsindən zədə alıb.
İspan hücumçunun ölkə çempionatının növbəti turunda "Qranada" (8 fevral) ilə matçı buraxacağı dəqiqləşib. Moratanın La Liqada "Valensiya" (15 fevral), Çempionlar Liqasının 1/8 finalında "Liverpul"la (18 fevral) ilk görüşdə iştirakı isə şübhə altındadır.