Yeni Azərbaycan Partiyası tərəfindən 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədov rayonun İsgəndərli və Seybətin kəndlərinin seçiciləri ilə görüşüb. Seçicilər tərəfindən böyük sevgi ilə qarşılanan deputatlığa namizəd Məşhur Məmmədov Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük işlər, Masallı rayonu üçün nəzərdə tutulan mühüm layihələr barədə danışıb, rayonun daha da inkişafı istiqamətində işlərin bundan sonra da davam edəcəyini bildirib.
Həmçinin, Məşhur Məmmədov Yeni Azərbaycan Partiyasının regionda ən gücülü siyasi təşkilat olduğunu deyərək, seçiciləri bu partiyanın namizədlərinə səs verməyə çağırıb. Yeni Azərbaycan Partiyasının hər zaman xalqının mənafeyi müstəvisindən çıxış etdiyini söyləyən namizəd bu gün demokratik Azərbaycanın yüksək inkişaf tempi əldə etdiyini diqqətə çatdırıb. Bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti vətəndaşların sosial təminatının yüksəlməsinə yol açıb.
Daha sonra çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının namizədinə Məşhur Məmmədova səs verəcəklərini bildiriblər.
RƏFİQƏ HÜSEYNOVA