Masvidalın Usmanla qarşılaşacağı tarix açıqlanıb

3 Fevral 2020 15:09 (UTC+04:00)

UFC-nin prezidenti Dana Uayt, BMF çempionu Masvidal və UFC çempionu Usman üçün, 2020-ci il təqvimində bir tarix yazaraq mübahisəyə cavab verdi.

Xorxe Masvidal və Kamaru Usman tamamilə fərqli döyüşçülərdir və bir-birlərinə nifrət edirlər. SİA-nın məlumatına görə, onların Mayamidə biri-birinə qarşı olan xoşagəlməz sözləri “Radio Row”da yayımlandı. Usman və Masvidal “Super Bowl” qarşısında döyüşmək üçün hücuma keçiblər. Mühafizəçilərin araya girməsindən sonra ayrılıblar.

Bu hadisədən bir gün sonra UFC prezidenti Dana Uayt ağır çəki dərəcəsindəki döyüşü elan etdi: “yayda Kamaru Usman titulu Xorxe Masvidala qarşı mübarizə edəcək. Bu onlar üçün uzun müddətdir ki, mübarizəyə hazırlaşsınlar”.

Masvidal Usmanın mübarizəsini tənqid edir və möhtəşəm hesab etmir. Kamaru isə cavab verir ki, Xorxe sadəcə şanslıdır.

Bundan əvvəl Xorxe Masvidal UFC çempionu Nate Diazı məğlub edərək BMF titulunu qazanıb. Kamaru Usman isə dekabrda UFC 245-də Kolbi Kovinqtona qalib gələrək öz çempionluq titulunu qoruyub.

Yalnız indi Masvidal üslubi baxımdan Usman üçün çox çətin olacağına inanır.

UFC –nin ən gərgin döyüşlərindən biri olacaq Xorxe Masvidal və Kamaru Usmanın mübarizəsi bu ilin 11 iyulunda Las Veqasda UFC 252 –də keçiriləcək.