Parlament seçkilərində MDB müşahidə missiyasının rəhbəri müəyyənləşib

3 Fevral 2020 12:44 (UTC+04:00)

MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərində təşkilatın müşahidəçi missiyasının rəhbəri təyin edilib. SİA-nın məlumatına görə, bu barədə secki-2020.az saytına missiya qərargahından məlumat verilib.

MDB müşahidə missiyasının qərargahı Bakıda yanvar ayında yaradılıb. Qərargah üzvləri rəsmilərlə bir sıra görüşlər keçiriblər.

Xatırladaq ki, seçkilərin monitorinqində həmçinin MDB Parlamentlərarası Assambleyasının (PA) nümayəndə heyəti də iştirak edəcək.