AŞPA müşahidə missiyası Bakıya fevralın 7-də gələcək

3 Fevral 2020 12:41 (UTC+04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Frenk Şvabenin başçılıq etdiyi nümayəndə heyəti fevralın 9-da keçiriləcək parlament seçkilərinin gedişatını müşahidə etmək üçün Azərbaycana səfər edəcək. SİA secki-2020.az saytına istinadən xəbər verir ki, nümayəndə missiyası fevralın 7-də Bakıya gələcək.

Seçki günü AŞPA müşahidəçiləri ATƏT Parlament Assambleyası və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri ilə birlikdə səsvermə prosesini müşahidə edəcək.

Onların birgə mətbuat konfransı fevralın 10-na planlaşdırılıb.