"Ümumiyyətlə Ermənistan hakimiyyəti, Dağlıq Qarabağ separatçıları münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyillər". Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
"Onlar Azərbaycan torpaqlarını geri qaytarmaq istəmirlər və hər dəfə də təxribat törədirlər. İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilən zaman Ermənistan Baş naziri Nikol Paşinyan qondarma DQR-na səfər edib və Kəlbəcərə gedib. Bütün bunlar ondan xəbər verir ki, Ermənistan işğaldan imtina etmək istəmirlər. Bu uyğunsuzluq məhz bununla bağlıdır. Ona görə biz danışıqlarda heç bir nəticə əldə edə bilmirik. Dünya ictimaiyyəti üçün isə Qarabağ məsələsi 20-30-cu bəlkə də 50-ci məsələdir. Biz bəzən elə bilirik ki, dünya bizim mərkəzimizdə fırlanır. Amma bu heç də elə deyil. Qarabağ onları heç maraqlandırmır da. Bu bizi narahat etməlidir və biz artıq anlamalıyıq ki, heç kim bu məsələdə bizə kömək etmir"-deyə, politoloq fikrini tamamlayıb.