U-17-yə daha iki futbolçu qoşulub

3 Fevral 2020 11:30 (UTC+04:00)

Antalyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha iki futbolçu dəvət olunub. SİA-nın məlumatına görə, “Neftçi”dən Rüfət Abbasov və Norveçin “Rusenborq” klubunun üzvü Deniz Mehmetoğlu komandaya qoşulub.