60-dan çox ölkə Azərbaycandakı seçkiləri müşahidə edəcək

3 Fevral 2020 11:07 (UTC+04:00)

ATƏT-in Parlament Assambleyası (ATƏT PA) fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini monitorinq etmək üçün 60-dan çox müşahidəçidən ibarət nümayəndə heyəti göndərəcək. SİA secki-2020.az saytına istinadən xəbər verir ki, ATƏT PA-nın mətbuat xidmətindən bildirilib ki, Azərbaycan hökumətinin dəvəti ilə göndəriləcək missiya Bakıda və Azərbaycanın bir neçə bölgəsində seçkiləri müşahidə edəcək.

Ukraynalı deputat Artur Gerasimov ATƏT-in fəaliyyətdə olan sədrliyi tərəfindən ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi koordinatoru təyin edilib, ATƏT PA-nın nümayəndə heyətinə isə albaniyalı deputat Elona Hoca-Qjebrea rəhbərlik edəcək.