ABŞ-da daha üç koronavirusa yoluxma halı qeydə alınıb

3 Fevral 2020 08:34 (UTC+04:00)
ABŞ-da daha üç koronavirusa yoluxma halı qeydə alınıb. SİA xəbər verir ki, bu barədə "San Francisco Chronicle" qəzeti yazıb. Nəşrin yazdığına görə, bu dəfə Çindən yenicə qayıdan Kaliforniyanın Santa-Klara dairəsinin iki sakinində virus aşkarlanıb. Daha sonra onlardan biri ilə ünsiyyətdə olan üçüncü şəxs də virusa yoluxub. Belə olan halda ABŞ-da ümumi yoluxanların sayı 11 nəfərə çatıb. Bu virusdan hələlik ölən qeydə alınmayıb.