Dzeko “Roma” klub tarixinin ən çox qol vuran 7-ci futbolçusu olub

3 Fevral 2020 03:57 (UTC+04:00)
İtaliya A Seriyasının 22-ci turunda "Sassuolo" ilə görüş "Roma"nın futbolçusu Edin Dzeko üçün əlamətdar olub. SİA xəbər verir ki, bosniyalı hücumçu 2:4 hesabıyla uduzduqları görüşdə fərqlənərək "Roma"da 100 qol həddinə çatıb. Bosniya və Herseqovina milli komandasının da üzvü olan Dzeko, 100 qolla "Roma" tarixinin ən çox qol vuran 7-ci futbolçusu olub. "Roma"nın bombardiri isə 307 qolla Françesko Tottidir.