Zabit Səmədov Tamam Cəfərovaya dəstək məqsədilə Şamaxıda gənclərlə görüşüb

2 Fevral 2020 13:37 (UTC+04:00)

Azərbaycanın dünya şöhrətli idmançısı Zabit Səmədov 85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Tamam Cəfərovaya dəstək məqsədilə Şamaxıda gənc idmançılarla görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə Tamam Şaməmməd qızı Cəfərovanın seçki platformasında əks olunan gənclərlə bağlı görüləcək mühim işlərdən danışılıb.

Zabit Səmədov 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərində Şamaxı sakinlərini deputatlığa namizəd Tamam Cəfərovaya dəstək olmağa çağırıb.

Görüşdə tanınmış müğənni, bəstəkar Ramal İsrafilov da iştirak edib və o da öz növbəsində şamaxılıları növbədənkənar parlament seçkilərində deputatlığa namizəd Tamam Cəfərovaya səs verməyə çağırıb.