Məşhur Məmmədov Masallının Seybətin kəndində möhtəşəm görüş keçirib

1 Fevral 2020 18:26 (UTC+04:00)

70 saylı Masallı şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının VI çağırış Milli Məclisə seçkilərdə deputatlığa namizədi Məşhur Məmmədov təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

SİA-nın verdiyi məlumata görə, növbəti görüş Masallının Seybətin kəndində keçirilib.

Görüş zamanı deputatlığa namizəd Məşhur Məmmədov YAP-ın seçki proqramı haqqında seçicilərə ətraflı məlumat verib.