MSK yerli və beynəlxalq müşahidəçilərin sayını açıqladı

1 Fevral 2020 15:52 (UTC+04:00)

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 842 beynəlxalq müşahidəçi akreditasiyadan keçib. SİA-mın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov əlavə edib ki, yerli müşahiəçilərin sayı 65766 nəfərə çatıb: "Beynəlxalq müşahidəçilər 55 ölkəni və 56 təşkilatı təmsil edir".

MSK sədri bildirib ki, beynəlxalq müşahidəçilər həm say baxımından kifayət qədərdir, həm də çoğrafi baxımdan kifayət qədər əhatəlidir.