İraqın Nineva əyalətində yerləşən əl-Qiyara hərbi hava qərargahının ərazisinə 5 mərmi düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ötən gecə 5 ədəd mərmi əl-Qiyarə bazasının ərazisinə düşüb. Bu hücum heç bir maddi və canlı xəsarətə səbəb olamayıb.
Qeyd edək ki, son həftələrdə İraqın Kərkük, Nineva və Əl-Ənbar əyalətlərində ABŞ qüvvələrinin olduğu qərargahlar, bir neçə dəfə hədəfə alınıb. Bu hücumların məsuliyyətini heç bir tərəf öhdəsinə götürməyib.