Qəbələli seçicilər YAP-ın namizədini coşqu ilə qarşılayıblar FOTOLAR

1 Fevral 2020 11:42 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) 117 saylı Oğuz-Qəbələ dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aqiyə Naxçıvanlı Oğuz kəndləri üzrə seçiciləri ilə görüşlərini yekunlaşdırdıqdan sonra yanvarın 31-dən başlayaraq Qəbələ rayonundan olan seçiciləri ilə görüşlərə start verilib. SİA-ya daxil olan məlumata görə,rayonun Bum, Həmzəli qəsəbələrində, Qəmərvan və Tikanlı kəndlərində seçicilər Aqiyə Naxçıvanlını böyük sevgi və coşqu hissləri ilə qarşılayıblar. Belə ki, onlar öz çıxışlarında ölkə başçısı İlham Əliyevə ehtiramlarını bildirməklə yanaşı, Onun yürütdüyü siyasəti dəstəklədiklərini və kəndlərində aparılan abadlıq quruculuq işlərindən, kənd sakinlərinin sosial müfadiəsinin təminatından razılıqlarını da ifadə ediblər. Seçicilərlə görüşdə ümumilikdə rayonun inkişafından, görülən işlərdən söhbət açılıb, bu inkişafın davamlı olacağı barədə fikirlər vurğulanıb.

Aqiyə Naxçıvanlı eyni zamanda qanunvericilik sahəsindəki yeniliklərdən, sosial sahəyə dövlətin xüsusi diqqətindən, ölkədə aparılan çoxşaxəli islahatlardan danışıb, bu uğurların dünyaya nümunə etalonu olduğunu qeyd edib.

Seçicilər də öz növbələrində deputatlığa namizədə uğurlar arzulayaraq, onun bir çox rayon sakinlərinin problemlərinin həllinə biganə qalmamasından, göstərdiyi köməkliklərdən danışıb, fikirlərini bölüşüblər.

Görüşə gələn seçicilər fevralın 9-da keçiriləcək seçkilərdə fəal olacaqlarını və layiqli namizədə səs verəcəklərini bildiriblər.

Rövşən RƏSULOV