Britaniya rəsmi şəkildə Aİ-nin tərkibindən çıxıb.
SİA xəbər verir ki, Britaniya 47 il sonra rəsmi olaraq Avropa İttifaqını tərk edib. Britaniyanın Aİ-dən çıxması münasibəti ilə xalq Londonda Parlament Binasının qarşısında yığışaraq bu anı qeyd edirlər.
Bundan bir saat öncə isə Boris Conson video çıxışında "Brexit"in son deyil, başlanğıc olduğunu bildirib.
Qeyd edək ki, ölkənin Avropa İttifaqını tərk etməsi münasibətilə üzərində “31 yanvar” və “Sülh, firavanlıq və bütün millətlərlə dostluq” yazılmış 50 qəpiklik sikkələr dövriyyəyə buraxılıb.