842 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. - AÇIQLAMA

31 Yanvar 2020 18:29 (UTC+04:00)

Milli Məclisə seçkilərlə əlaqədar 842 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

Beynəlxalq müşahidəçilər 56 beynəlxalq təşkilat və 55 ölkəni təmsil edir.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.