Azərbaycanlı futbolçu Tural Rzayev karyerasını Gürcüstanda davam etdirəcək.
SİA "apasport.az" saytına istinadən xəbər verir ki , 26 yaşlı yarımmüdafiəçi qonşu ölkədə Yüksək Liqa təmsilçisi olan "Merani" ilə anlaşıb. "Kəpəz"dəki çıxışı ilə tanınan Rzayev Martvili klubu ilə bir illik müqavilə imzalayıb. Qeyd edək ki, yarımmüdafiəçi Litvada da legioner həyatı yaşayıb. O, "Yonava" klubunda da oynayıb.