"Barsa" darmadağınla 1/4 finala yüksəlib

31 Yanvar 2020 01:05 (UTC+04:00)

"Barselona" İspaniya kubokunda 1/8 final oyununa çıxıb.

SİA xəbər verir ki, Kataloniya klubu doğma meydanda "Leqanes"lə qarşılaşıb və 5:0 hesabı ilə qalib gəlib.

"Barselona" - "Leqanes" - 5:0

Qollar: Qrizmann, 4, Lenqle, 28, Messi, 59, 89, Artur, 77

Bu nəticə ilə "Barsa" 1/4 finala yüksəlib.