"Tam əminliklə deyə bilərəm ki, seçki prosesi qanunvericiliyə uyğun aparılır" Oleq Kuleba

30 Yanvar 2020 15:16 (UTC+04:00)

“Azərbaycanda parlament seçkilərinin keçirilməsinə hazırlıq işləri yüksək səviyyədədir”. SİA-nın xəbərinə görə, bunu secki-2020.az saytına açıqlamasında MDB müşahidə missiyasının üzvü Oleq Kuleba deyib.

O, Azərbaycanın altı regionunda dairə və məntəqə seçki komissiyalarında olduğunu, deputatlığa namizədlərlə görüşdüyünü bildirərək deyib: “Görüşlər zamanı da təşviqatla bağlı heç bir şikayətə və ya neqativ hala rast gəlmədim. Namizədlərin də bir-biri ilə bağlı hər hansı şikayəti qeydə alınmayıb".

O.Kuleba seçkiyə hazırlıq prosesinin onda müsbət təəssürat yaratdığını qeyd edib: “Tam əminliklə deyə bilərəm ki, seçki prosesi qanunvericiliyə uyğun aparılır”.