Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri arasında Cenevrə görüşü 7 saat davam edib

29 Yanvar 2020 22:36 (UTC+04:00)

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri arasında Cenevrədə keçirilən görüş 7 saat davam edib.

SİA xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeva "Twitter" səhifəsində qeyd edib.

O bildirib ki, tərəflər və həmsədrlər danışıqların intensivləşdirilməsinin və danışıqların gündəliyində olan məsələlərdə gözəçarpan nəticələrin əldə edilməsinin tərəfdarı kimi çıxış ediblər.

L.Abdullayeva bildirib ki, danışıqlar sabah da davam edəcək.