Bruno Fernandeş "Mançester Yunayted"ə keçib

29 Yanvar 2020 21:29 (UTC+04:00)

"Mançester Yunayted" "Sportinq"in futbolçusu Bruno Fernandeşin komandaya keçidini təsdiqləyib. 25 yaşlı yarımmüdafiəçi sabah tibbi müayinədən keçmək üçün buraxılacaq. Bundan sonra İngiltərə klubunun portuqaliyalı futbolçu ilə 2025-ci ilədək müqavilə bağlayacağı bildirilib. Qeyd edək ki, B.Fernandeş 2017-ci ildən "Sportinq"də çıxış edir. O, bu mövsüm 17 oyuna çıxaraq 8 qol vurub və 7 qolun ötürməsini verib.