Yubilyarı təbrik edirlər...

29 Yanvar 2020 18:21 (UTC+04:00)

H.Sarabski adına 7 saylı Uşaq Musiqi Məktəbinin fortopiano müəlliməsi Əkbərova Rəna Bədrəddin qızı yubiley yaşını qeyd edir. Rəna xanımın yetişdirdiyi şagirdlərin səsi, sorağı ölkənin müxtəlif musiqi məktəblərindən gəlir, Azərbaycanın müxtəlif guşələrində yurdumuzun gənc musiqiçilərinə bu sənətin sirlərini öyrədirlər.

Əlamətdar gün münasibətilə Rəna xanımı məktəbin direktoru, Respublikanın əməkdar müəllimi Mehriban Rüstəmova, dərs hissə müdiri Ləman Sadıqova, Həmkarlar Təşkilatının sədri Təranə Əhmədova, məktəbin müəllimi Əkbərova Rəna Bədrəddin qızını yubileyini təbrik edir, ona cansağlığı arzulayırlar. Təbrikə həyat yoldaşı Vaqif Əkbərov, oğlanları Cavid, Mürşüd və qızı Fərəh də qoşulur.

Arzu edirlər ki, bundan sonra da Rəna xanım iş fəaliyyətini davam etdirib yetişdirdiyi şagirdlərlə fəxr etsin.