Tehran-Yerevan avtobusu qəzaya uğrayıb İRANDA

29 Yanvar 2020 17:20 (UTC+04:00)

Tehran-Yerevan-Tehran avtobus reysi ilə hərəkət edən sərnişin avtobusu Təbriz-Zəncan yolunda avtomobil qəzasına düşüb. SİA xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyi özünün “Facebook” səhifəsində yazıb.

Məlumata görə, avtobus “İran Payam-e Nur” şirkətinə məxsusdur və avtoqəza insidenti Mian şəhərinin grişində yaşanıb.

Qəza nəticəsində çoxsaylı yaralıların olduğu bildirilir. Onlar Mian və Təbriz şəhərinin xəstəxanalarına qaldırılıblar.

İlkin xəbərə görə, avtobusda erməni vətəndaşları olmayıb. Lakin bildirilir ki, orda daha 10 nəfər xarici vətəndaş da olub.