Koçaryanın ayağı isti yerdədir? Azərbaycan həbsxanası onu gözləyir

29 Yanvar 2020 17:08 (UTC+04:00)

Ermənistanın həbsdə olan ikinci prezidentiRobert Koçaryan hesab edir ki, yaxın vaxtlarda mövcud hakimiyyətə qarşı hərəkata rəhbərlik edəcək. SİA xəbər verir ki, o bu barədə “Yerevan.Today”a açıqlamasında deyib.

“Öz mahiyyəti və hərəkətləri ilə hakimiyyət məni həbsdə saxlamaq vasitəsilə siyasətə geri qaytardı, hakimiyyət məni onların dəyərsiz siyasətlərinə qarşı müqavimət simvoluna çevirdilər”, deyən Koçaryan əlavə edib ki, Qarabağın “müstəqilliyinə” (dırnaqlar bizimdir-R.R.) rəhbərlik etməyə başlayarkən, o möcüzəvi şəkildə Azərbaycan həbsxanasından yaxasını qurtara bilmişdi. Koçaryan bildirib ki, o zaman azərbaycanlıların onu həbs etməsindən canını qurtararkən, bu günkü hakimiyyət onu həbsə məruz qoyub.

Koçaryan hələ də ümid edir ki, azadlığa çıxacaq və tarixlər boyu həbsxanalardan başlanan çoxsaylı uğurlu nümunələrin olduğunu da bildirib.

“Çox yəqin ki, mən milli identikasiyanı məhəvə aparan ölkənin uğursuz hakimiyyətindən qurtulmaq üçün önəmli rol oynayacam”, Koçaryan erməni saytına danışıb.

Görünür, Koçaryan hələ də anlamır ki, gec, ya da tez onu Azərbaycan həbsxanası da gözləyir və necə deyərlər, ayağı hələ də isti yerdədir...