KİV nümayəndələri üçün seminar keçiriləcək

29 Yanvar 2020 16:09 (UTC+04:00)

Yanvarın 31-də AFFA-nın Hakimlər Komitəsi KİV nümayəndələri üçün seminar keçirəcək. SİA-nın məlumatına görə, AFFA-nın inzibati binasında saat 10:00-da təşkil olunacaq seminarda oyun qaydalarına edilmiş dəyişikliklər haqda məlumat veriləcək, ən son yeniliklər mətbuat nümayəndələrinin diqqətinə çatdırılacaq. İştirak etmək istəyən KİV nümayəndələrinin 30 yanvar saat 15:00-a qədər ipr@affa.az ünvanında qeydiyyatdan keçməsi (ad-soyad, təmsil etdiyi KİV) xahiş olunur.