Damladan ismarıc FOTOLAR

29 Yanvar 2020 17:14 (UTC+04:00)

Müğənni Damla sosial şəbəkədə yeni fotolarını yayımlayıb. SİA-nın məlumatına görə, ifaçı paylaşımına maraqlı rəy yazıb: "Bir gün yaxşı və pis dənizdə çimmək üçün paltarlarını soyunub suya girirlər. Pis tez sudan çıxıb yaxşının paltarlarını geyinib qaçır. Yaxşı sudan çıxan zaman çılpaq qalmasın deyə məcburən pisin paltarlarını geyinir. O zamandan insanlar həmişə pisliklə və yaxşılığı səhv salırlar. Ancaq səbrli və ağıllı insanlar yaxşılığın geyiminə baxmadan, gözlərindən onu tanıyırlar. Eləcə də pisliyin üzünü görən kimi onu həmin an tanıyırlar. Çünki geyim onun pisliyini gizlədə bilməz. Bu hekayə məhz biz insanlara aiddir. Odur ki, sizə mələk kimi görünüb arxanızdan quyu qazanlarla, yaxşılıq edənləri səhv salmayın".