Koronavirus nə qədər davam edəcək?

29 Yanvar 2020 14:22 (UTC+04:00)

Yeni koronavirusun yayılması ən azı iki həftə davam edəcək. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Novosibirsk Dövlət Universitetinin Bionanotexnologiya, Mikrobiologiya və Virusologiya Laboratoriyasının müdiri Sergey Netesov deyib.

"Vəziyyət belədir ki, bu virus 2003-cü ildə atipik pnevmoniyaya səbəb olan virusdan daha az patogen görünür. Dinamika isə burada daha çoxdur. Artıq 5 min xəstə var və ən azı daha iki həftə davam edəcəyi gözlənilir. Dinamika müsbət olacaq. Çünki, birincisi, hər şey inkişaf edir. İkincisi də, diaqnostika getdikcə daha çox tətbiq olunur. Bu iki şey üst-üstə düşür və buna görə də indi gözləntilər bütün bunların bir müddət artacağından xəbər verir", deyə lbaratoriyanın müdiri bildirib.

Onun sözlərinə görə, Çin Xalq Respublikasında koronavirusa qarşı mübarizə tədbirlərinin görünməmiş şəkildə aparıldığını və qonşu ölkələrdə də hazırlıq görüldüyünü nəzərə alsaq, deyə bilərik ki, epidemiyaya "gec-tez qalib gəlinəcək.

Düşünürəm ki, indi elmi hazırlığımız 2003-cü ildəkindən daha yüksəkdir. Əsas odur ki, bu virus qrip virusundan çox daha uzun bir inkubasiya dövrünə sahibdir və buna görə insanın xəstələnməməsi halları ola bilər. Hətta ola bilər ki, insan xəstə sayılmaz, amma virusu daşıya bilər. Bu vəziyyət hələ tam öyrənilməyib. İndi mütəxəssislər hansı inkubasiya dövrünün bu virusa məxsus olmasının ən doğru hesab edilə biləcəyi barədə mübahisə edirlər", deyə alim sözlərini tamamlayıb.

Xatırladırıq ki, koronavirusun yayılması Çinin Uhan şəhərində başlayıb və ilk yoluxma, ilk xəstəlik ötən ilin sonunda baş verib. Ən son məlumatlara görə, 132 nəfər yeni virusun səbəb olduğu sətəlcəmin qurbanı olub, 5974 nəfərə is bu xəstəlik yoluxub. Çindən başqa ABŞ, Tayland, Kanada, Sinqapur, Cənubi Koreya və digər ölkələrdə də bu halların olduğu bildirilib. Xəstələrdə hərarət, öskürək və nəfəs darlığı müşahidə edilir.

Coronaviruses 30-dan çox virusu olan virus ailəsidir. İlk dəfə virusa 1965-ci ildə rast gəlinib. Bir qayda olaraq, insanlara, ev heyvanlarına, quşlara, donuzlara, həmçinin mal-qaraya təsir edir.