Sadiq Qurbanov seçicilərlə görüşləri davam edir - FOTOLAR

29 Yanvar 2020 12:53 (UTC+04:00)

54 saylı Şabran-Siyəzən seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd Sadiq Qurbanov növbəti görüşlərini Gəndov, Ağalıq-Təzəkənd kənd sakinləri ilə keçirib.

Görüşlərdə çıxış edən Sadiq Qurbanov Milli Məclisdəki fəaliyyəti, rayon seçiciləri ilə keçirdiyi görüşlər və gördüyü işlərin qısa hesabatını seçicilərinin diqqətinə çatdırdı. Son 10 il ərzində ölkədə görülən işlərdən, həyata keçirilən uğurlu siyasətdən söhbət açaraq bildirdi ki, bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir ölkədən asılı deyil. İqtisadi müstəqillik bizə imkan verir ki, ölkəmiz cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət apararaq Azərbaycan xalqının maraqlarını hər zaman müdafiə etsin. Təbii ki, bütün bunlara görə Prezidentimiz cənab İlham Əliyevə təşəkkür edirik. Şübhə yoxdur ki, bu inkişaf qarşıdakı illərdə daha da artacaqdır.

Sonda seçicilər öz xeyr dualarını verdilər və güclü ölkənin vətəndaşları olduqları ilə fəxr etdiklərini və bu qürur hissini onlara yaşadan cənab Prezidentimiz Ilham Əliyevə və birinci vitse- prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını çatdırdılar. 2020-ci il fevralın 9-da fəal olacağlarını, YAP-ın layiqli namizədə səs verəcəylərini bildiriblər.