İngiltərə Çinə olan bütün uçuşları dayandırıb

29 Yanvar 2020 13:15 (UTC+04:00)

İngiltərə hava yolları British Airways (BA) yeni növ koronavirus epidemiyası səbəbiylə Çinə edilən bütün uçuşları dayandırmaq qərarına gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə Xarici İşlər Nazirliyinin səyahət xəbərdarlığından dərhal sonra Çin ilə qarşılıqlı bütün uçuşları təxirə salınmasına dair qərar verilib.

Nazirlik bu qərar üçün (BA) müştərilərindən üzr istəyərək, "Müştərilərimizin və heyətimizin təhlükəsizliyi bizim başlıca vəzifəmizdir" deyərək, əhaliyə məcburi səfərləri belə təxirə salmalarını tövsiyə edib.