Dağılan Maarratünnuman rayonunun görüntüsü yayılıb

29 Yanvar 2020 12:34 (UTC+04:00)

Bəşər Əsəd rejimi və onun tərəfdarlarının ələ keçirdiyi Maarratünnuman rayon mərkəzi Rusiya dəstəkli rejim qüvvələrinin şəhərə hücumulardan əvvəl havadan dronu ilə izlənilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hücumlardan sonra mahaldakı binaya ciddi zərər verildiyi açıq-aydın görünür.

2012-ci ilin oktyabrından bəri müxalif qrupların nəzarəti altında olan Maarratünnumanı xarabalığa çevirən hücumlar 2019-cu ilin noyabrında bu günə davam etməkdədir.
Hələb, İdlib, Hama,Humus, Dəməşqdən İordaniyaya qədər uzanan magistral yolunda yerləşməsi ilə strateji əhəmiyyətə malik bu bölgə, rejim qüvvələrinin intensiv hücumlarının hədəfindədir.

Qeyd edək ki, Koordinasiya Müdirliyindən verilən məlumatlara görə, 2019-cu ilin Noyabr ayından bəri rayon mərkəzində və kənd yerlərində yaşayan 300 min mülki vətəndaşın hamısı ərazidən köç ediblər.