Məntəqələrdə hərəkət məhdudiyyətli seçicilər üçün xüsusi panduslar quraşdırılacaq

29 Yanvar 2020 12:12 (UTC+04:00)

2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar hərəkət məhdudiyyəti olan vətəndaşların səs vermələri üçün lazımi şərait yaradılır. SİA-nın xəbərinə görə, bu barədə secki-2020.az saytına Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov məlumat verib. Onun sözlərinə görə, ehtiyacı olan bütün məntəqələr xüsusi panduslarla təmin edilir.

“Bununla bağlı məntəqələrdə xüsusi panduslar quraşdırılır ki, hərəkət məhdudiyyəti olan seçicilər sərbəst şəkildə məntəqəyə daxil olaraq səsvermə hüququndan istifadə edə bilsinlər. Bütün bunlar diqqət mərkəzindədir və heç kəs diqqətdən kənarda qalmayacaq. Hərəkət məhdudiyyətli seçicilərin də səsvermə hüquqları var, onların bu hüquqları tanınır”,- deyə Mikayıl Rəhimov vurğulayıb.