Əməkdar artist: "Evlənməyə namizədim yoxdur" ÖZƏL

29 Yanvar 2020 14:28 (UTC+04:00)

Xalq artisti Zeynəb Xanlarova və Əməkdar artist Səlim Abbasov qastrol səfərə hazırlaşır. SİA-ya bu haqda Səlim açıqlama verib: "Zeynəb xanımla xarici ölkələrin birində konsert verəcəyik. Bunun üçün hazırda məşqlər edirik.

Bundan başqa yeni mahnılar yazdırıram. Hazırda aranjeman olunur. Fərqli bəstələrdir. Yaxın günlərdə sözügedən mahnıları izləyicilərin ixtiyarına verəcəm".

Abbasov şəxsi həyatından da danışıb: "Bildiyiniz kimi subayam. Hələ də evlənmək haqqında düşünmürəm. Çünki namizədim yoxdur".