Roza İvana Sərti Bakıya gətizdirdi FOTOLAR+VİDEO

29 Yanvar 2020 13:13 (UTC+04:00)

Türkiyəli stilist İvana Sərt yenidən Bakıya gəlib. SİA-nın məlumatına görə, bu dəfə ölkəmizə müğənni Roza Zərgərli gətirib. İfaçı İvana Sərtlə çəkdirdiyi videonu sosial şəbəkə yayımlayıb.

R.Zərgərli görüntülərdə bildirib ki, "Yaxın 2-3 ay ərzində yeni layihələri olacaq. 2020-ci ildə sizə şok yaşadacağıq”.

İvana Sərt isə videoda bu sözləri deyib: "Azərbaycanı çox sevirəm. Gözəl Bakıda sevənlərimlə yenidən qovuşdum. 2-3 ay ərzində yeni proyektlər olacaq".

Qeyd edək ki, İ.Sərt bundan öncə dəfələrlə Bakıya gəlib.