"Yaxın gələcəkdə Forumun verdiyi səmərələri görəcəyik" ÖZƏL-MÜNASİBƏT

29 Yanvar 2020 11:24 (UTC+04:00)

"Davos İqtisadi Forumu dünyəvi bir Forumdur. Yəni dünyanın bütün aparıcı dövlətləri ən yüksək səviyyədə orada təmsil olunur". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.

"Fəxr edirəm ki, Azərbaycan da artıq neçə illərdir o Forumda Prezidentimiz səviyyəsində təmsil olunur. Cənab Prezidentimiz İlham Əliyevin orada bir çox dövlət rəhbərləri, aparıcı qurumlar və onların rəhbərləri ilə olan görüşləri gələcəyimiz üçün çox fayda verən iqtisadi, siyasi əlaqələrimizin genişlənməsinə səbəb olan görüşlər idi. Hesab edirəm ki, orada Azərbaycan Prezidenti qədər çox dəyərli görüş keçirən bəlkə də ikinci bir şəxs olmadı. Hər şey dövlətimiz, inkişafımız, xalqımızın mənafeyi üçün şüarı ilə o görüş çox dəyərlidir və əhəmiyyətlidir. Biz təbii ki, yaxın gələcəkdə onun verdiyi səmərələri görəcəyik. Bu Forumundan sonra Azərbaycana nə qədər sərmayələrin yatırılmasını, investisiyaların qoyulmasını görəcəyik. Heç şübhəsiz ki, bunlar alqışlanmalıdır", - deyə, deputat fikrini tamamlayıb.