Koronavirus BƏƏ-yə də çatdı

29 Yanvar 2020 09:48 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) koronavirus aşkarlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə və Profilaktika Nazirliyi məlumat yayıb.

Xəstəlik Çinin Uhan şəhərindən gəlmiş ailənin üzvlərində aşkar edilib. Bildirilib ki, xəstələrin vəziyyəti stabildir, hazırda onlar tibbi müşahidə altındadırlar.