“Euorovision 2020”də təmsilçimizin çıxış edəcəyi yarımfinal müəyyənləşib FOTOLAR

29 Yanvar 2020 09:33 (UTC+04:00)

Bu il Niderlandın Rotterdam şəhərində keçiriləcək 65-ci “Euorovision 2020” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxış edəcəyi yarımfinal müəyyənləşib. SİA-nın məlumatına görə, bu barədə Azərbaycanın “Eurovision” fan səhifəsi olan “İNFE Azerbaijan”da məlumat verilib.

Ölkəmiz 2016-cı ildə olduğu kimi birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

Azərbaycanla birlikdə finala çıxmaq uğrunda mübarizə aparacaq ölkələr isə aşağıdakılardır.

1-ci yarımfinal:

Şimali Makedoniya, Belarus, Latviya, İsveç, Sloveniya, Avstraliya, İrlandiya, Rusiya, Norveç, Kipr, Xorvatiya, Azərbaycan, Malta, İsrail, Ukrayna, Rumıniya, Belçika.

2-ci yarımfinal:

Avstriya, Moldova, Polşa, San Marino, Serbiya, İslandiya, Çexiya Respublikası, Yunanıstan, Estoniya, Danimarka, Bolqarıstan, İsveçrə, Finlandiya, Ermənistan, Latviya, Gürcüstan, Portuqaliya, Albaniya.

Beynəlxalq musiqi müsabiqəsinin keçirməsində böyük əməyi olan qızıl beşlik ölkələri Fransa, Böyük Britaniya, İspaniya, İtaliya və Almaniya ötən illərdəki kimi yarımfinallarda deyil, birbaşa “Eurovision”nun final mərhələsində çıxış edəcəklər.

Qeyd edək ki, "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda artıq mahnı qəbuluna başlanılıb.

“Ahoy Arena”da keçiriləcək yarışmanın yarımfinalları mayın 12-də və 14-də, final isə mayın 16-da reallaşacaq.