Boliviyada avtobus qəzası: 13 nəfər ölüb

29 Yanvar 2020 04:02 (UTC+04:00)

Boliviyada sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində az 13 nəfər ölüb, 3 nəfər yaralanıb. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə “El Deber” nəşri məlumat yayıb.

Yerli vaxtla 9.30-da baş verən qəza La-Pas şəhəri ilə Karabuko şəhəri arasındakı yolda qeydə alınıb.

İlkin məlumatlara görə, qəza hadisə yerindən qaçan yük maşınının sürücüsünün günahı üzündən baş verib.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.