Bu gün Azərbaycan və Ermənistanın XİN rəhbərləri görüşəcək

29 Yanvar 2020 09:25 (UTC+04:00)

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşəcək. SİA-nın verdiyi məlumata görə, görüş İsverçrənin Cenevrə şəhərində baş tutacaq.

XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizamlanmasını müzakirə edəcəklər. Qeyd edək ki, ötən gün Azərbaycanın XİN rəhbəri Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.