Moskvada XI Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək

29 Yanvar 2020 08:45 (UTC+04:00)

Martın 27-dən 31-dək Moskvada X Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək.

SİA Mstislav Rostopoviç Fondunun "Facebook" səhifəsinə istinadla xəbər verir ki, festivalın əsas konsert məkanı Moskva Konservatoriyasını Böyük zalı olacaq.

Beş gün ərzində Rusiyanın və Avropanın ən böyük musiqi kollektivləri festivalda çıxış edəcəklər. Bu böyük musiqi bayramı Rusiyaya ilk dəfə gələn Lyej Kral Filarmonik Orkestrinin çıxışı ilə yekunlaşacaq.

Festival 2010-cu ildə M.L.Rostropoviç Mədəni və Humanitar Proqramlar Fondu tərəfindən təsis edilib. Festivalın təsisçisi və bədii rəhbəri Rusiyanın Əməkdar incəsənət xadimi Olqa Rostropoviçdir.