Braziliyada ölənlərin sayı 63-ə çatıb

29 Yanvar 2020 08:22 (UTC+04:00)

Braziliyanın cənub-şərqində leysan yağışları nəticəsində ölənlərin sayı 63-ə çatıb. SİA "iz.ru" saytına istinadən xəbər verir ki, bu barədə Braziliyanın xilasedici xidmətləri məlumat yayıb.

Ən çox insan tələfatı (52 nəfər) Minas-Jerays ştatında olub. Yüzdən çox bələdiyyədə fövqəladə vəziyyət elan edilib. Sel və torpaq sürüşməsi səbəbindən 29 mindən çox sakin təxliyə olunub. Espiritu-Santu ştatında 9 nəfər ölüb. Ümumilikdə 13 min insan evlərini tərk etməyə məcbur olub. Təbii fəlakət nəticəsində iki nəfər isə Rio-de-Janeyroda ölüb. Burada da 13 min insanın kütləvi təxliyəsi aparılır.