Yamayka sahillərində 7,7 bal gücündə zəlzələ olub

29 Yanvar 2020 01:40 (UTC+04:00)

Karib dənizində Yamayka sahillərində 7,7 bal gücündə zəlzələ olub. SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri adanın qərbində Lusea şəhərindən 125 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

“Reuters” agentliyinin məlumatına görə, Amerika sunami xəbərdarlığı mərkəzi Yamayka, Kuba və Kayman adalarının əhalisinə müvafiq təhlükə barədə xəbərdarlıq edib.

Lakin az sonra Sunami Xəbərdarlığı Beynəlxalq Mərkəzinin mütəxəssisləri Yamayka sahillərində qeydə alınmış 7,7 bal gücündə zəlzələdən sonra sunami yaranması mümkünlüyünü istisna ediblər. Meksika, Beliz, Kuba, Honduras və Kayman adaları sahillərində dalğanın hündürlüyünün 1-3 metrə çatdığı, lakin daha böyük dalğaların yaranma ehtimalının olmadığı bildirilib.