Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy AŞPA sədrinin müavini seçilib

28 Yanvar 2020 23:56 (UTC+04:00)

Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Dövlət Duması sədrinin müavini Pyotr Tolstoy AŞPA sədrinin müavini seçilib.

SİA xəbər verir ki, səsvermədə iştirak edən 252 deputatdan 132 nəfəri P.Tolstoyun namizədliyinin lehinə səs verib.