“Mançester Siti” Fernandinyo ilə müqaviləni yenilədi

28 Yanvar 2020 22:15 (UTC+04:00)

“Mançester Siti” futbolçusu Fernandinyo ilə müqaviləni yeniləyib. Klubun saytında yer alan məlumatda deyilir ki, 34 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2021-ci ilin yayına qədərdir. Qeyd edək ki, brazliyalı futbolçu 2013-cü ildə Donetsk “Şaxtyor”undan “Siti”yə keçib. O, bu mövsüm “şəhərlilər”in heyətinə 20 oyuna çıxıb və heç nə ilə yadda qalmayıb.