Kristian Eriksenin "İnter"ə keçidi rəsmiləşib

28 Yanvar 2020 20:32 (UTC+04:00)

"Tottenhem"in futbolçusu Kristian Eriksenin "İnter"ə keçidi rəsmiləşib. Klubun saytında yer alan xəbərdə deyilir ki, 27 yaşlı yarımmüdafiəçi ilə 2024-cü ilin iyununa qədər müqavilə imzalanıb. Qeyd edək ki, İtaliya mətbuatı bu transfer üçün A seriyası təmsilçisinin 20 milyon avro ödədiyini yazıb. Danimarkalı futbolçunun yeni klubunda ilinə 10 milyon avro qazanacağı bildirilib.

Xatırladaq ki, K.Eriksenin "Tottenhem"lə müqaviləsi bu mövsümün sonu başa çatırdı.