Yunanıstan 10 min miqrantı Türkiyəyə geri göndərir

28 Yanvar 2020 20:20 (UTC+04:00)

Yunanıstan hökuməti 2020-ci ildə 10 min miqrantı Türkiyəyə geri göndərməyi planlaşdırır. Bu barədə Yunanıstan hökumətinin təmsilçisi Stelios Petsas Şimali Egey adalarının icra hakimiyyətlərinin rəhbərləri ilə görüşündən sonra “Real FM” radiosuna açıqlamasında deyib.

O qeyd edib ki, miqrantların adalardan Yunanıstanın materik hissəsinə köçürülmələrinə baxmayaraq, problem hələ də tam həllini tapmayıb və yerlərdə etirazlarla qarşılanır. Sığınacaq statusuna və beynəlxalq müdafiəyə uyğun olmayan miqrantlar tezliklə geri göndəriləcəklər. Amma bunun üçün hökumətə vaxt lazımdır.