Ağstafalıların seçimi YAP-ın namizədi Nizami Cəfərovdur

28 Yanvar 2020 19:04 (UTC+04:00)

Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 108 saylı Ağstafa Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cəfərov Nizami Qulu oğlunun yanvarın 28-də Ağstafa rayonun Qırılı kəndində seçicilərlə görüşü keçirilib.

Seçicilərlə görüşüb səmimi söhbət edən Nizami Cəfərov ölkəmizin ictimai-siyasi həyatında gedən proseslər haqqında danışıb, əhalinin rifah halı, sakinləri narahat edən məişət problemləri ilə maraqlanıb. Nbvbəti dəfə seçiciləcəyi təqdirdə, rayon ərazisində görüləcək işlər haqqında məlumat verən YAP namizədi "Daha güclü Azərbaycan naminə!" şüarı ilə hər kəsi ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinin ətrafında daha da sıx birləşməyə və 9 fevral - seçki günü fəal olmağa dəvət edib.

Sakinlər də qarşıdan gələn parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini qeyd ediblər.

RƏFİQƏ HÜSEYNOVA