Məktəb atəşə tutuldu: ölü və yaralılar var

28 Yanvar 2020 17:28 (UTC+04:00)

Liviyanın şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Hafterin tabeliyində olan döyüşçülər paytaxt Tripolinin cənubunda yerləşən məktəbə silahlı hücum ediblər.

Liviyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) rəsmi təmsilçisi olan Milli Konsensus Hökumətinin (UMH) açıqlamasına görə, Hafter silahlılarının Tripolinin mərkəzindən təxminən 10 kilometr uzaqlıqda yerləşən Hadba bölgəsinə hücumları zamanı məktəbin bağçası atəşə tutulub. Nəticədə ölən və yaralananların olduğu bildirilib.

Mirqəmər Mənsimova