İndoneziyada qadın qamçı qrupu fəaliyyətə başlayıb - MARAQLI

28 Yanvar 2020 17:22 (UTC+04:00)

İlk qadın qamçı qrupu, şəriət qaydalarının tətbiq olunduğu İndoneziyanın yeganə şəhəri Açedə tanıdılıb.
Qadın qamçı komandasının yeni üzvü, işə başlamazdan əvvəl məşq etdikdən sonra, evlənmədiyi bir kişi ilə bir otel otağında yaxalanan qadın məhkumu cəzalandırıb. SİA-nın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, dünyanın ən çox müsəlman əhalisi olan şəhərdə evlənmədən əvvəl cinsi əlaqəyə girmək "mənəvi cinayət" sayılır. Günahkar bilinənlər qamçı ilə cəzalandırılırlar.

İlk missiyasını yerinə yetirən qadın qamçı məmuru üçün AFP xəbər agentliyinə danışan Açe Şəriət Polis rəisi Zakvan, "Düşünürəm ki, yaxşı bir iş gördü. Yaxşı bir texnikaya sahibdir" deyə bildirib.

Zina və cəza cinayətlərinin artdığı Açedə səlahiyyətlilər, qadın günahkarların qadınlar tərəfindən döyülməsini əmr edən İslam qanunlarına riayət etməyə çalışdıqlarını söyləyib.

Bununla birlikdə, Banda Açenin Şəriət Tətbiqi Birliyinin prezidenti Safriadinin sözlərinə görə, qadınları qamçı işinə cəlb etmək asan deyildi və ilk qadın komandasını yaratmaq üçün illər tələb olunub.

"Allahın qaydalarını pozanlara mərhəmət olmaz" təlqini

Nəticədə, hamısı şəriət məmuru olan 8 qadın, qamçı qrupunda olmağa razı olublar və texniki cəhətdən təlim alıblar. Açedə qamçı, cinsəllik, evlilikdən əvvəl cinsi əlaqə, spirtli içki, zina, qumar kimi bir çox cinayətə qarşı ümumi cəza olaraq tətbiq olunur.