Miqrantlar sərhəddi keçdi

28 Yanvar 2020 16:33 (UTC+04:00)

Bir qrup miqrant Serbiya-Macarıstan sərhəddini keçib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Serbiyanın milli televiziyası polisin informasiyasına əsasən məlumat yayıb.

Məlumata görə, miqrantlar Serbiya-Macarıstan sərhəddini keçdikləri zaman Macarıstan polisi havaya atəş də açıb.

Telekanal Macarıstan polisinin məlumatına istinadən xəbər verir ki, səhər saat 5.30-da (Bakı vaxtı ilə 8.30) iki qrup miqrant, Xorqoş 2 - Reske 2 sərhəd keçidi yaxınlığında Macarıstan ərazisinə qanunsuz girməyə çalışıblar. Bu zaman "Macarıstan polisi havaya bir neçə xəbərdarlıq atəşi açıb.

Bunun ardınca Macarıstan polisi dörd nəfəri də saxlayıb.